Marketify AI
Yeni Söhbət
Bu gün nə haqqında danışırıq? 😊
Bu gün nə haqqında danışırıq? 😊
Təsdiqləsən söhbət tarixçəsi silinəcək. Əminsən?
Where Marketing Meets Intelligence
Marketify AI müəssisələrin marketinq əməliyyatlarını optimallaşdırmaq, məlumat əsaslı qərarvermə imkanlarını genişləndirmək və əməliyyat səmərəliliyini artırmaq məqsədilə yaradılmış süni intellekt platformasıdır. Missiyamız bizneslərə çevik, etibarlı və funksional AI dəstəyi təqdim etməkdir.
Marketify AI-ın vizyonu regionda AI əsaslı marketinq texnologiyaları üzrə aparıcı platformaya çevrilmək, müəssisələrin rəqəmsal transformasiya proseslərini dəstəkləmək və “Azərbaycan Respublikasının 2025–2028 Süni İntellekt Strategiyası"nda müəyyən edilmiş strateji hədəflərlə uzlaşan innovativ ekosistem formalaşdırmaqdır.
Marketify AI inkişaf və genişlənmə istiqamətində müxtəlif tərəfdaşlarla əməkdaşlıq imkanlarını qiymətləndirməyə açıqdır. Əməkdaşlıq barədə daxil olan təkliflər texniki uyğunluq, platformanın inkişaf prioritetləri və tərəfdaşın fəaliyyət sahəsi nəzərə alınmaqla dəyərləndirilir.
Potensial əməkdaşlıq və ya inteqrasiya imkanları ilə bağlı ilkin sorğular üçün bizimlə əlaqə saxlaya bilərsiniz: contact@marketify-ai.com
Bu İstifadəçi Müqaviləsi (“Müqavilə”) “Marketify AI” platformasından istifadəni tənzimləyir. Marketify AI, “Innova Group Azerbaijan” tərəfindən idarə olunur və süni intellekt əsaslı məsləhət, marketinq və məlumat analitikası xidmətləri təqdim edir. Platformadan istifadə etməklə, Siz (“İstifadəçi”) bu Müqavilənin bütün şərtlərini qəbul etmiş hesab edilirsiniz.
Marketify AI — OpenAI şirkətinin təqdim etdiyi GPT-4o, o cümlədən digər qabaqcıl modellər əsasında fəaliyyət göstərən süni intellekt sistemidir. Xidmət aşağıdakı imkanları təqdim edir:
Marketify AI istifadəçilərə məlumat xarakterli cavablar təqdim edir və rəsmi məsləhət və ya hüquqi təklif xarakteri daşımır.
İstifadəçi:
Marketify AI istifadəçilərin şəxsi məlumatlarını Innova Group Azerbaijan-ın Məxfilik Siyasətinə uyğun şəkildə emal edir. Toplanmış məlumatlar yalnız sistemin texniki təkmilləşdirilməsi və təhlükəsizliyinin təmin olunması məqsədilə istifadə olunur. Marketify AI, OpenAI xidmətindən istifadə etdiyinə görə, cavabların emalı zamanı məlumatlar OpenAI serverləri vasitəsilə ötürülə bilər.
Marketify AI tərəfindən təqdim edilən cavablar avtomatlaşdırılmış süni intellekt sistemi tərəfindən yaradılır və rəsmi, hüquqi və ya tibbi qərar qəbul etmək üçün əsas hesab edilə bilməz. Innova Group Azerbaijan və Marketify AI, istifadəçinin cavablardan istifadə nəticəsində yarana biləcək hər hansı dolayı və ya birbaşa zərərə görə məsuliyyət daşımır. Xidmətin fasiləsiz və səhvsiz işləməsi təmin edilsə də, texniki nasazlıqlar və ya OpenAI infrastrukturunda yaranan gecikmələr istisna edilə bilməz.
Marketify AI və Innova Group Azerbaijan loqosu, dizaynı, proqram kodları və məzmunu müəllif hüquqları ilə qorunur. İstifadəçi bu elementləri yalnız fərdi və kommersiya məqsədi daşımayan hallarda istifadə edə bilər.
Innova Group Azerbaijan istənilən vaxt bu Müqavilənin şərtlərini dəyişmək hüququna malikdir. Dəyişikliklər rəsmi sayt (https://marketify-ai.com) vasitəsilə dərc edildiyi andan qüvvəyə minir.
Marketify Brain — Marketify AI daxilində fəaliyyət göstərən lokal (server-daxili) təkmilləşmə moduludur. Bu modul yalnız GPT tərəfindən təqdim olunan cavablardan şablon çıxarır və onları sistem daxilində saxlayır. Bu məlumatlar şəxsi məlumat hesab edilmir.
Şablonlar yalnız Marketify serverində lokal JSON fayllarında saxlanılır. Heç bir məlumat OpenAI, Google və üçüncü tərəf xidmətlərinə ötürülmür. İstifadəçi mesajlarının tam mətni saxlanılmır; yalnız şablonlaşdırılmış, şəxsi məlumatdan təmizlənmiş formalar saxlanılır.
Marketify Brain yalnız yaradıcı cavabların generasiyası üçün istifadə olunan texniki moduldur. “Innova Group Azerbaijan” istifadəçinin daxil etdiyi məlumatların üçüncü tərəflərə ötürülməsinə görə cavabdeh deyil, çünki heç bir məlumat paylaşılmır. Marketify Brain tərəfindən yaradılan şablonlar məlumat xarakterlidir və istifadəçiyə dəyən hər hansı zərərə görə məsuliyyət daşınmır.
Platformadan istifadə etməklə, İstifadəçi Marketify Brain modulunun işləmə mexanizmini qəbul edir və lokal şablon saxlanmasına razılıq verir.
Innova Group Azerbaijan
Bakı şəhəri, Azərbaycan
📧 Email: contact@marketify-ai.com
🌐 Veb: https://marketify-ai.com
Bu Müqavilə 05.12.2025-ci il tarixindən qüvvəyə minir və Marketify AI platformasından istifadə edən bütün şəxslərə şamil olunur.
Marketify AI haqqında bütün suallarına buradan cavab tapa bilərsən. Nəsə sualın olarsa, mütləq bizimlə əlaqə saxla! 🙂
Default Rejim nə üçündür?
Gündəlik kontent, ideya, reklam mətnləri və ümumi cavablar üçün nəzərdə tutulmuş balanslı rejimdir.
Analitika Rejimi nə edir?
Məlumatlardan çıxarılan nəticələr, qısa hesabatlar, rəqib analizi və optimallaşdırma təklifləri yaradır.
Gündəlik limit: 20 sorğu.
Local Rejim (Marketify Brain) nədir?
Şablonlarla işləmək, yaradıcılıqda sərhədsiz imkanlar üçün əlverişlidir. Hər hansı bir istifadə limiti tətbiq edilmir. ✨
Məlumatlarım saxlanılırmı?
Xeyr. Sorğular yalnız cavab generasiyası üçün qısa müddətlik emal olunur və saxlanmır.
Məlumatlarım üçüncü tərəflə paylaşılır?
Xeyr. Verilənlər kommersiya məqsədi ilə paylaşılmır və ya satılmır.
Analitika limiti niyə var?
Analitika sorğuları daha ağır hesablama tələb edir. Limit stabil və sürətli xidmətin qorunması üçündür.
Digər rejimlərdə limit varmı?
Hal-hazırda yalnız Analitika rejimi üçün gündəlik limit tətbiq olunur.
Marketify AI ilə necə əlaqə saxlaya bilərəm?
Texniki dəstək ilə əlaqə saxlamaq üçün e-poçt ünvanımıza müraciətini göndərə bilərsən: contact@marketify-ai.com
Dəstək sorğuları nə qədər müddətə cavablandırılır?
Adətən 24 saat ərzində cavab verilir. Müraciətlərin sayı çox olduqda bu müddət uzana bilər.
Şikayət və ya təklif göndərə bilərəm?
Əlbəttə! Marketify AI istifadəçi rəylərinə əsaslanaraq inkişaf edir. Şikayət, təklif və yaxud yeni funksiya istəklərinizi göndərə bilərsən.